Ruhi xəstə qəbirstanlığı dağıdıb


17:36     02 Aprel 2019 qebrstanliq.jpg

Şəmkir Rayon Polis Şöbəsinə cari il mart ayının 31-də Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən qəbristanlıqda 2 qəbirin sinə daşı və 50 qəbirin ətrafına quraşdırılan mərmərdən olan güldanların sındırılması, 7 qəbirin kənarına bərkidilmiş süni güllərin qopardılması və 1 qəbir daşının üzərinə qoyulmuş təbii güllərin ətrafa tullanılması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlaıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə C.Nəcəfli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 452