Tovuzda məktəb binası yandı


19:36     02 Aprel 2019 fhn_732.jpg

Tovuzda məktəb binasında yanğın olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Bozalqanlı kəndində orta məktəbin yerləşdiyi üçmərtəbəli binanın 1-ci mərtəbəsində anbarın yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan məktəb ləvazimatları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 747