Prokuror Narkoloji Mərkəzi yandıran şəxsə ömürlük cəza istədi
20:16 02 Aprel 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən şəxslər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.
Prokuror T.Məmmədhəsənovun 4 il, M.Abdullayevin 3 il 6 ay və M.Məmmədovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin dövlət ittihamçısı digər təqsirləndirilən A.Məmmədovanın 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin olunmasını istəyib.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
Femida.az
Oxunub: 502
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokuror Maqsud Mahmudova 14 il həbs cəzası istəyib
- Prokuror Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərə cəza istəyib
- Prokuror Bakıda tanışını qətlə yetirən şəxsə 19 il həbs cəzası istəyib
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokuror polis şöbəsində arvadını güllələyən serjanta 20 il həbs cəzası istəyib