Ölkədə qızıl-gümüş ucuzlaşıb


21:45     02 Aprel 2019 1432185521_qizil-ucuzlashib.jpg

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Femida.az Trend-ə istinadən bildirir ki, aprelin 2-də qızılın qiyməti aprelin 1-i ilə müqayisədə 11,747 manat azalaraq 1 unsiya üçün 2186,234 manat təşkil edib.

Gümüş 0,1665 manat ucuzlaşaraq 1 unsiya üçün 25,5967 manata bərabər olub.

Platinin qiyməti 5,865 manat azalaraq 1443,725 manat, palladiumun qiyməti isə 56,117 manat artaraq 2409,58 manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 306