Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib


21:55     02 Aprel 2019 canavar.jpg


Abşeron rayonunda canavarlar 400-dən artıq heyvanı tələf edib.

Təsərrüfat sahibinə on minlərlə manat zərər dəyib.

Femida.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birində baş verib. Canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub. Fermer təsərrüfatının sahibi Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində davam edib. Gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar. Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. Yüzlərlə qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat sahibinin sözlərinə görə, ona 60 min manatdan çox ziyan dəyib. Seyran Kərimov deyir ki, ümumiyyətlə, son vaxtlar vəhşi heyvanlar ətrafda olan təsərrüfatlara tez-tez hücum edirlər. Vəhşi heyvanların öldürülməsi qadağan edildiyinə görə ən böyük ziyan da təsərrüfat sahiblərinə dəyir.

Hadisədən sonra fermada və onun ətrafında dezinfeksiya işləri aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 421