Bakının mərkəzində nazirliyə məxsus binada yanğın baş verib (YENİLƏNİB+VİDEO)


08:58     03 Aprel 2019 2019/04/604EBD66-846E-4D12-91D9-7FBA79E45129_1554267177.jpeg


Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.

Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.




***

Bakının mərkəzində yanğın başlayıb.

Femida.az Milli.Az-a istinadən xəbər verir ki, yanğın Bəşir Səfəroğlu küçəsinin yaxınlığında olan binalardan birində başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1414