Bakıda əməliyyat - Kirayə yaşadığı evdə ələ keçdi


10:18     03 Aprel 2019 2019/04/5ca44b651ef4c_aynur_1554272420.jpg

Astarada narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-ə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının Pensər kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

İsti izlərlə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A. Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə, ümumilikdə 420 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K.Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Polis   #Bakı   #DİN   #Əməliyyat  

Oxunub: 306