Boşanan qızının intiharına dözmədi, eyni gündə özünü öldürdü - Bakıda dəhşət


15:11     03 Aprel 2019 intihar%20qadin.jpg

Suraxanı rayonunda ana və qızının asılmış meyiti tapılıb.


Bu barədə Femida.az -a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə martın 28-də 12:30 radələrində baş verib. Meyiti tapılan şəxslər 40 yaşlı Saatlı sakini Qasımova Aidə Ələkbər qızı və onun 24 yaşlı qızı Qasımova Fatimə Daşqın qızıdır.

Hər ikisi bir neçə ay əvvəl kirayəyə götürdükləri evdə intihar edib.

Məlumata görə, ana və qızın meyitləri ölümdən beş gün sonra aşkarlanıb. İstintaq versiyasına görə, əvvəl qız özünü asıb, bunu görən ana dərdə dözə bilməyərək, eyni üsulla həyatına son qoyub.

Qeyd olunur ki, Fatimə Qasımova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onların kirayə mənzilə köçmələri də boşanma ilə əlaqədardır. Prokurorluq bir neçə versiyanı nəzərdən keçirsə də, hələlik bu barədə məlumat verilmir.

Suraxanı rayon Prokurorluğu baş vermiş ikili intihar hadisəsini araşdırır.

Açar sözlər:

Oxunub: 1003


Oxşar xəbərlər