Paşinyan məhkəmədə ifadə verdi


18:15     03 Aprel 2019 19_04_03_1554293694.jpg

Ermənistan prezidenti Nikol Paşinyan Yerevan ümumhüquq məhkəməsində “Çıxış” blokunun tərəfdarı Ayk Sarkisyana hücumla bağlı başlanan cinayət işi çərçivəsində ifadə verib.


“Sputnik Ermənistan”ın məlumatına görə, şahid qismində dindirilən Paşinyan hadisə baş verən vaxt evdə olduğunu və insidentlə bağlı məlumat alan kimi qərargaha yollandığını deyib:

“Seçkiqabağı kampaniyanın son günündə kimsə mənim şəklimi və “Çıxış” blokunun bayrağını oğurlayıb. Araşdırdığımız zaman ətrafdakı şəxslərdən biri bunu onun etdiyini dedi. Onunla danışığa başladıq. Bu zaman Ayk Sarkisyana hücum etdi və onun üzərinə silah çəkdi. Onun tərəfdarlarından biri isə dərhal həmin şəxsin əlindən silahı alıb cibində gizlətdi”.

Qeyd edək ki, Artur Ayvazyan 2017-ci ilin martın 31-də “Çıxış” blokunun tərəfdarı Ayk Sarkisyana güc tətbiq etməklə ictimai asayişi pozub. Artur Ayvazyan bundan əvvəl 1999-cu il martın 27-də parlamentdəki silahlı insidentdə ittiham olunaraq, 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Açar sözlər:

Oxunub: 347