“Taliban”ın 26 döyüşçüsü məhv edilib


16:25     03 Aprel 2019 19_04_03_1554294355.jpg

Koalisiya qüvvələrinin Əfqanıstanın şimal-qərbindəki Baqdis əyalətinə endirdiyi hava zərbələri nəticəsində “Taliban” silahlı hərəkatının azı 26 döyüşçüsü məhv edilib, 3-ü isə yaralanıb.


Femida.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Khaama Press” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Baqdis əyalətinin Bala Murqab və Cavand rayonlarına endirilən koalisiya zərbələri Əfqanıstan milli ordusunun həyata keçirdiyi əməliyyatlara dəstək məqsədi daşıyıb.

Açar sözlər:

Oxunub: 424


Oxşar xəbərlər