Bakıda maşın aşdı - Yaralı var


13:14     28 Oktyabr 2015 09d08bd22a3d372097831b9ee28d010a.jpg

Bu gün Bakıda avtomobil yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Səbail rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Hadisə zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 818