Dövlətimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət ayırır - Ülvi Mehdiyev


18:01     03 Aprel 2019 ulvi%20mehdiyev%20azvision.az.jpg

"Bu gün 3 il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu zəfəruzun illərdən sonra Qarabağa dönüş yaratmış bir zəfərdir. Döyüşlərdə torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Bütünlükdə cəmiyyətə, eləcə də beynəlxalq aləmə bu işğalla barışmayacağımızı sübut etdik".

Femida.az xəbər verir ki, bu sözləri "ASAN Xidmət"in rəhbəri Ülvi Mehdiyev Aprel döyüşlərinin 3-cü ildönümü ilə bağlı Bakı Konqres Mərkəzində keçirilən tədbirdə deyilib.

"Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik.

Bu gün Aprel döyüşlərində iştirak etmiş 10 qazi "ASAN Xidmət" mərkəzlərində çalışır. Eləcə də bir neçə şəhid ailəsinin üzvləri "ASAN Xidmət" mərkəzlərində müvafiq işlə təmin olunub. Ümumiyyətlə dövlətimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət ayırır", - deyə Ü.Mehdiyev qeyd edib.

Qeyd edək ki, tədbir şəhid ailələri ilə görüş xarakteri daşıyır.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 373


Oxşar xəbərlər