"Vətən bizə əmanətdir" - FOTOLAR
21:03 03 Aprel 2019
3 aprel 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
Femida.az xəbər verir ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.
Öncə qonaqlar çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar. Həmçinin təşkil olunan bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.
Sonra aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videolar nümayiş olunub.
Tədbir tanınmış incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.
Sonda şəhid ailələrinin üzvlərinə "Azərmarka" MMC tərəfindən şəhidlərimizin adına hazırlanmış markalar təqdim olunub.
Femida.az
Oxunub: 1138
Oxşar xəbərlər
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- "ASAN xidmət" şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmət saatlarını uzadıb
- Prezident 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- Naxçıvanda “ASAN xidmət”ə direktor təyin edildi
- Türkdilli Dövlətlərin yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də
- İraq Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də
- İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub