FHN Sumqayıtda biri azyaşlı olmaqla 5 nəfəri xilas etdi


09:22     04 Aprel 2019 xilas8.jpg


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində biri azyaşlı olmaqla 5 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 294