Bakıda turistin evindən 15 min manat oğurlamaqda şübhəli bilinən şəxs tutuldu


10:21     04 Aprel 2019 hebs5.jpg

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.


​DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. ​Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 260