Saatlıda PARTLAYIŞ: xəsarət alan var


10:44     04 Aprel 2019 partlayış.jpg

Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğın zamanı otaqların birində qamışdan ibarət tavan 1 m² sahədə və yataq dəsti qismən yanıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;


Femida.az

Açar sözlər:

Oxunub: 284