Gömrükçülər xeyli sayda dərman preparatları müsadirə edib


10:47     04 Aprel 2019 2019/04/derman-per_1554360556.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21063” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonundakı arxa aynanın qarşısında - sellofan torbaların içərisində və ön oturacağın ayaqaltlığının altında üzərində “Phistoclozanid 500” yazısı olan 300 ədəd həb, üzərində gürcü əlifbası ilə yazılar olan 50 qramlıq 20 flakon, 10 qramlıq 80 flakon və 20 qramlıq 20 flakon dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gömrük   #dərman   #preparat  

Oxunub: 326