Bakıda 8 gün əvvəl piyadanı vuran sürücü saxlanıldı


11:28     04 Aprel 2019 meyid_piyada_olumu_00014.jpg

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin bu il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 280