Ermənistan parlamentində yanğın olub


11:39     04 Aprel 2019 yangin_38673636.jpg

Ermənistan parlamentində yanğın olub.

Femida.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə aprelin 4-də gecə saatlarında qanunverici orqanın birinci korpusunda baş verib. Yanğın nəticəsində parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən kabinetin biri tamamilə yanıb.

Qeyd edək ki, bu ilin yanvarın 29-da Ermənistan Nazirlər Kabinetinin binasında da yanğın baş vermişdi.

Açar sözlər:

Oxunub: 262