Azyaşlılara siqaret satanlar cəzalandırıldı


12:54     04 Aprel 2019 19_04_04_1554368267.jpg


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.


Aprelin 3-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Femida.az

Açar sözlər: #siqaret  

Oxunub: 504