Zakir Həsənov: Hücum başlayanda Lələtəpədə idim, sonra yerimi dəyişdim + VİDEO


13:00     04 Aprel 2019 19_04_04_1554368533.jpg


Aprel döyüşləri zamanı hücum başlayanda mən Lələtəpə istiqamətində idim.


Femida.az -ın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib.

Müdafiə naziri bildirib ki, komanda məntəqəsi həmin istiqamətdə yerləşirmiş.

“Döyüşü oradan idarə edirdim. Sonra yerimi Talış istiqamətinə dəyişdim. Yolda gördüm ki, bütün şəhərlərdən və rayonlardan cavanlar Vətən uğrunda döyüşməyə gəliblər. Biz onlara müraciət etdik. Dedik ki, ehtiyac yoxdur, lazım olsa, biz sizə deyəcəyik”.

Zakir Həsənovun sözlərinə görə, Ermənistan ordusu ilə Azərbaycan ordusunun yalnız 20 faizi döyüşüb.



Açar sözlər: #Müdafi_Naziri   #Zakir_Həsənov   #aprel_döyüşləri  

Oxunub: 2739