352 əlil özünüməşğulluq proqramına cəlb edilib


14:19     04 Aprel 2019 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi91.jpg

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunub.


Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, həmin şəxslərdən artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.

Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir. Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 435


Oxşar xəbərlər