"Diqlas" yanğınında zərərçəkmiş sahibkarların sənəd qəbuluna başlanılıb
14:47 04 Aprel 2019
"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbuluna başlanılıb".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank " və "Azər-Türk Bank" vasitəsilə həyata keçiriləcək.
Nazir deyib ki, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar kompensasiyadan xidmət haqqı tutmayacaqlar.
Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib.
"Bu günə olan məlumata görə 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi ilə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda vəsait var. İlkin olaraq 3 mln. manat ayrılıb. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək", - nazir vurğulayıb.
Femida.az
Oxunub: 374
Oxşar xəbərlər
- “Diqlas”dakı yanğına görə 400-dən çox sahibkar dindirilib
- “Diqlas”ın söküntüsü yekunlaşır - FOTO
- "Diqlas"ın söküntüsü gələn həftə yekunlaşa bilər
- "Diqlas"ın söküntüsü 2 ay davam edəcək
- Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
- "Diqlas"ın söküntüsü başlandı
- “Diqlas”da malı yanan 366 sahibkara pul verilib
- “Diqlas”dan malların çıxarılması başa çatdırıldı
- "Diqlas"dakı yanğında zərər çəkmiş 228 sahibkara yardım ÖDƏNİLİB
- "Diqlas"dalı yanğında zərər çəkmiş daha 70 sahibkara yardım edilib