"Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin 90 faizi razılaşdırılıb"


15:09     04 Aprel 2019 elmar_memmedyarov_1429032600.jpg

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin 90 faizi razılaşdırılıb".


Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı deyib.

"Bu iclası ikitərəfli və regional gündəliyimizin maraqlı kəşisməsi zamanında təşkil etdik. Münasibətlərimizdə elə bir sıxlıq vardır ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm. Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Belə ki, bu Aİ üçün də regiondakı digərləri ilə münasibətlərindən müsbət mənada fərqli olmalıdır. Biz siyasi gündəliyimizi mühafizə etməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq. Buna görə də mən buradayam. İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və video-konfranslar keçirmişik və eyni zamanda qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir", - nazir qeyd edib.

Açar sözlər:

Oxunub: 388