"Vasitəçilik edən vəkillərə qarşı çox sərt tədbirlər görəcəyik" - Anar Bağırov
15:36 04 Aprel 2019

“Bir məsələni qeyd etməyi özümə borc bilirəm. Ölkə başçısının ötən gün imzaladığı fərmanda Vəkillər Kollegiyasına tövsiyə edilir ki, hakimlərlə və cinayət tərkibinin hərəkətlərini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verilməsinin qarşınının alınması üçün tədbirlər görülməlidir. Çox təəssüflə qeyd etmək istərdim ki, bəli, qeyri-prosessual münasibətlərdə iştirak edən vəkillər var”.
Bu sözləri Femida.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O, bəzi vəkillərə görə, vətəndaşların vəkillər haqqında xoşagəlməz ifadələr işlətdiyini deyib:
“Vətəndaşlar deyirlər ki, bəzi vəkillər vasitəçiliklə məşğuldur. Buna son qoyulmalıdır, vəkillər heç bir qeyri-prosessual münasibətə girməməlidir. Belə bir hala rast gəlinsə, Rəyasət Heyəti olaraq çox sərt tədbirlər görəcəyik. Bu məsələlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Vəkil peşəkar hüquqşünasdır. O hüquqi yardım göstərməlidir. Hər hansı vəzifəli şəxslə, məmurla, hakimlə, cinayət tərkibli orqanın əməkdaşı ilə qeyri-prosessual münasibətlərə girməməlidir. Korrupsiya hallarının yaranmasında iştirak etməməlidir. Bu bütün vəkilliyin nüfuzuna zərbə vurur. Biz belə hallarla barışa bilmərik. Odur ki, fərmanda göstərilənləri tövsiyə olaraq yox, xüsusi bir prinsip olaraq qəbul edirik”.
Amin Nəzərli
Femida.az
Oxunub: 4059
Oxşar xəbərlər
- Vəkillər üçün təlim keçirildi - Uşaqlara hüquqi yardımla bağlı
- Azərbaycan vətəndaşlığını necə əldə etmək olar? - Hüquqi YARDIM
- Yaşlı valideyninə baxmaqdan imtina edən övladı hansı cəza gözləyir? - Vəkil ŞƏRHİ
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
- İstehlakçı aldığı məhsulu neçə gün ərzində dəyişdirə bilər? - Hüquqi yardım
- Vəkillər əhaliyə pulsuz hüquqi yardım göstərdi
- Vəkillər və hakimlər toplandı - Məhkəmə-hüquq islahatları müzakirə olundu
- Vəkillər Kollegiyası məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərəcək
- Sübutları saxtalaşdıran şəxsləri hansı cəza gözləyir? — Vəkildən açıqlama
- Vəkillər Kollegiyasında görüş keçirilib - FOTOLAR