"Vasitəçilik edən vəkillərə qarşı çox sərt tədbirlər görəcəyik" - Anar Bağırov
15:36 04 Aprel 2019
“Bir məsələni qeyd etməyi özümə borc bilirəm. Ölkə başçısının ötən gün imzaladığı fərmanda Vəkillər Kollegiyasına tövsiyə edilir ki, hakimlərlə və cinayət tərkibinin hərəkətlərini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verilməsinin qarşınının alınması üçün tədbirlər görülməlidir. Çox təəssüflə qeyd etmək istərdim ki, bəli, qeyri-prosessual münasibətlərdə iştirak edən vəkillər var”.
Bu sözləri Femida.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O, bəzi vəkillərə görə, vətəndaşların vəkillər haqqında xoşagəlməz ifadələr işlətdiyini deyib:
“Vətəndaşlar deyirlər ki, bəzi vəkillər vasitəçiliklə məşğuldur. Buna son qoyulmalıdır, vəkillər heç bir qeyri-prosessual münasibətə girməməlidir. Belə bir hala rast gəlinsə, Rəyasət Heyəti olaraq çox sərt tədbirlər görəcəyik. Bu məsələlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Vəkil peşəkar hüquqşünasdır. O hüquqi yardım göstərməlidir. Hər hansı vəzifəli şəxslə, məmurla, hakimlə, cinayət tərkibli orqanın əməkdaşı ilə qeyri-prosessual münasibətlərə girməməlidir. Korrupsiya hallarının yaranmasında iştirak etməməlidir. Bu bütün vəkilliyin nüfuzuna zərbə vurur. Biz belə hallarla barışa bilmərik. Odur ki, fərmanda göstərilənləri tövsiyə olaraq yox, xüsusi bir prinsip olaraq qəbul edirik”.
Amin Nəzərli
Femida.az
Oxunub: 4909
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər