Prezident Milli Paralimpiya Komitəsinə pul ayırdı


16:54     04 Aprel 2019 prezident26.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncama əsasən Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 (beş yüz min) manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 330