Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul etdi


18:16     04 Aprel 2019 19_04_04_1554385040.jpg


Aprelin 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul etdi. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxıldı.


Femida.az xəbər verir ki, qəbula yazılmış sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirildi. Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırdılar.


Qəbulda müraciətlərin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.

Femida.az

Açar sözlər: #nazir   #mədəniyyət  

Oxunub: 285