Müştərilər zəhərləndiyi üçün restoran sahibi həbs olundu - Azərbaycanda
17:50 04 Aprel 2019
Nərimanov Rayon Məhkəməsində “Tonqal” restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Femida.az Report-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, 3 il müddәtinә azadlıqdan mәhrum edilib.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Daha sonra İ.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 364
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib