Binəli Yıldırıma verilən səslərin sayı 11 min artdı - İstanbulda yenidən sayım


20:12     04 Aprel 2019 19_04_04_1554393149.jpg

AKP-nin etirazından sonra İstanbulda bələdiyyə seçkiləri üçün səs verilən 530 sandıqda səslər yenidən sayılıb.

Femida.az NTV-yə istinadən xəbər verir ki, sayımdan sonra AKP-nin namizədi Binəli Yıldırımın lehinə 11 min 109 səs artıb.

Bununla da CHP-nin namizədi Əkrəm İmamoğlu ilə aradakı fərq 19 minə düşüb.

AKP sədrinin köməkçisi Əli İnsan Yavuz bildirib ki, 5857 sandıqda isə etibarsız səslər yenidən sayılıb. Onlardan 1641-i Binəli Yıldırım lehinə olub.

Qeyd edək ki, hazırda bir neçə qəsəbədə yenidən sayım davam edir.

Açar sözlər:

Oxunub: 482