İmişlidə silsilə oğurluqlar edərək ölkədən qaçan şəxs Rusiyada ələ keçdi - FOTO


20:33     04 Aprel 2019 19_04_04_1554394466.jpg

İmişli rayonunda silsilə oğurluqlar edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan rayon sakini Elçin Cəfərov Rusiya Federasiyasının hüquq-mühafizə orqanları və İmişli RPŞ-nin həmin ölkəyə ezam edilən əməkdaşları ilə birgə keçirilən tədbir nəticəsində tutularaq Azərbaycana gətirilib.

Açar sözlər:

Oxunub: 347