Polis şöbəsində ölən şəxslə bağlı açıqlama​ - YENİLƏNİB


10:30     05 Aprel 2019 1369306655_polis20bolmesi20loqo20170112.jpg

Goranboy rayonunun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü İlham Zakir oğlu Yolçuyev aprelin 4-də saat 23.30 radələrində “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən uzaqvuran işıqlardan istifadə etdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb.


Femida.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ona-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü sərxoşdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 331.1-ci maddəsi ilə protokol tərtib edilib.

Daha sonra RPŞ-nın qarşısında İ. Yolçuyevin həyat yoldaşının, oğlu və qızının yanında halı pisləşib. Onun üçün təcili yardım çağırılıb.

İ. Yolçuyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi məlumata görə, İ. Yolçuyev ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Onu da qeyd edək ki, İ.Yolçuyev Goranlı kənd tam orta məktəbinin direktor müavini vəzifəsində çalışıb.

***


Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə şöbədə saxlanılan 50-55 yaşlarında olan kişi orada ölüb.

İlkin məlumata görə ölən şəxs yol polisi əməkdaşları tərəfindən qayda pozduğuna görə saxlanılbmış. Kişinin ölüm səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Polis   #Cinayət   #Həbs   #Şöbə  

Oxunub: 2424