Ermənistanda hərbi hissə komandiri ayağından güllələndi


11:49     05 Aprel 2019 gullelenme%2012%20yan.jpg

Ermənistan İstintaq Komitəsi Silahlı Qüvvələrin zabitinə odlu silahla hücum faktı ilə əlaqədar cinayət işi açıb.

Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu gün səhər saatlarında İrəvanın Andranik küçəsindəki 90 nömrəli evin həyətindən silah səsləri eşidilib. Hadisə yerinə gedən Ermənistan polisi həmin evin sakini, 1979-cu il təvəllüdlü Conni Samsonyanı ayağından güllələnmiş vəziyyətdə tapıb və yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən tapılmış bir ədəd tapança və iki güllə maddi sübut kimi götürülüb və faktla bağlı cinayət işi açılıb.

Aydın olub ki, silahlı hücuma məruz qalmış Samsonyan Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin komandiridir. O, yaralı olmasına baxmayaraq hücumçunu zərərsizlşdirə bilib. Hərbi komandiri güllələyən şəxs polis bölməsinə aparılıb. Hazırad onun bu davranışının motivləri araşdırılır.

Açar sözlər:

Oxunub: 312