"Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar" - Nazir
12:19 05 Aprel 2019
"Ötən il keçirilən "Formula 1" yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Bu ifaya qonaqların da reaksiyası yaxşı oldu".
Femida.az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu deyiblər: " Sözsüz ki, himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar. Həqiqətən də gənclərdə himn səsləndiriləndə vətənpərvərlik, qürur hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxumalıdır".
Femida.az
Oxunub: 363
Oxşar xəbərlər
- Bakıda "Formula 2"nin əsas yarışı başlayıb
- NİİM “Formula 1" ilə bağlı sürücülərə müraciət edib
- Bakıda "Formula 1"ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq
- Formula 1 Azərbaycan Qran Prisi 2021-in qalibləri müəyyən olundu
- "Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başladı
- Bakıda Formula 2 yarışlarının qalibi bəlli olub
- Formula 1-in açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək
- Bakı Formula 1 Azərbaycan Qran-Prisinə tam hazırdır
- DYP “Formula 1” ilə bağlı məlumat yaydı
- "Formula 1" zamanı bulvar bağlı olacaq? - AÇIQLAMA