Keçmiş arvadını öldürən şəxsə hökm oxunub
12:35 05 Aprel 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az -ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.
Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar. O, cinayət məsuliyyətinə cəlb edilib.
Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.
Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.
Oxunub: 323
Oxşar xəbərlər
- Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb
- Keçmiş SSRİ-nin tanınmış aktyoru vəfat edib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq
- Keçmiş arvadını boğaraq öldürən kişiyə 16 il iş verildi
- Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb
- Keçmiş icra başçısının türmədə ölüm səbəbi açıqlandı
- Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Keçmiş məhkum 800 manatlıq viski oğurladı