Şübhəli kimi saxlanıldılar, bağırsağından narkotik çıxdı
14:28 05 Aprel 2019
Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından piyada yol ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsi Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.
Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə, ümumilikdə 206 qram narkotik vasitə - heroin aşkarlanıb.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Şübhəli bilinən 26 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 41 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 48 nəfər saxlanılıb - RƏSMİ
- Şübhəli bilinən 31 nəfər saxlanıldı – Azərbaycanda
- Şübhəli bilinən 35 nəfər saxlanılıb - RƏSMİ
- Şübhəli şəxslə təqsirləndirilən şəxs arasında hansı fərqlər var? - Hüquqi baxış
- Şübhəli bilinən 30 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 23 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI
- Şübhəli bilinən 30 nəfər saxlanılıb
- Şübhəli bilinən 31 nəfər saxlanılıb