Azərbaycan daha 4 ölkədə Turizm Bürosu açacaq


15:27     05 Aprel 2019 2019/04/56560639_388434251740973_3308133211816591360_n_1554464223.jpg

"Ötən il yaradılan Azərbaycan Turizm Bürosu 6 bazarda kontrakt imzaladı və turizm partnyorluğuna start verdi. Bu gün isə biz həmin 6 nümayəndəni Bakıya gətirmişik və onlarla hesabat tədbiri keçiririk. Eyni zamanda gələcək planlarımız haqqında məlumat verəcəyik".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm bürosu icraçı direktorun müavini Bəhruz Əsgərov deyib.

"Daha 4 bazarda nümayəndə ofisinin açılması nəzərdə tutulub. Təəssüf ki, mən həmin ölkələrin adlarını proses yekunlaşmadığı üçün açıqlaya bilmərəm.
Onun sözlərinə görə , bu ölkələrdə çalışan nümayəndələr Azərbaycan Turizm Bürosunun işçiləridir və onlar heç bir kommersial məqsəd güdmür. Sırf Turizm Bürosunun verdiyi əmək haqqı qarşılığında işləyirlər" - deyə B.Əsgərov qeyd edib.

Qeyd edək ki, ötən ildən etibarən Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri açılıb.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 484