Nazirlik qiymətlərin qalxma səbəbini araşdırır
18:30 05 Aprel 2019
"Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma gedir. Bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi qiymətlərin qalxamasının səbəblərini araşdırmaqla məşğuldur: "Süni şəkildə qiymət artımı baş vermir. Pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır. Gündəlik təlabata daxil olan məhsullar daha da ciddi nəzarət altındadır. Ancaq qiymətlərin artımı bizi narahat edir".
Ş.Mustafayev qeyd edib ki, hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək: ""Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Bu kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. Biz inanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".
Oxunub: 446
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib