“İşğalda olan bütün şəhərləri, kəndləri bərpa edəcəyik”


17:14     05 Aprel 2019 19_04_05_1554469749.jpg

"Bizim görüşümüz Aprel döyüşlərinin ildönümünə təsadüf edir. Aprel döyüşləri bizim şanlı tariximizdir, parlaq zəfərimizdir. Azərbaycan əsgəri, Azərbaycan dövləti göstərdi ki, heç vaxt işğalla barışmayacaq".

Femida.az xəbər verir ki, bu sözləri məcburi köçkünlərlə görüşdə prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, məsələni diplomatik yollarla, siyasi yollarla həll etmək istəyir:

"Ancaq, eyni zamanda, biz hərbi gücə də malikik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri onu göstərdi ki, biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik. Onu göstərdi ki, Azərbaycan Ordusu böyük gücə malikdir. Onu göstərdi ki, bu, bizim torpağımızdır. Cocuq Mərcanlıya uzun fasilədən sonra qayıdan vətəndaşlar, o cümlədən yeniyetmələr, uşaqlar, - o insanlar ki, heç vaxt orada olmayıblar, onlar qayıdıblar oraya, - onu göstərir ki, hər bir köçkün torpaqlar işğaldan azad olunandan sonra öz doğma torpağına qayıdacaqdır.

Siz qeyd etdiniz, mən tam razıyam ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar işğaldan azad olunandan sonra biz bütün şəhərləri yenidən quracağıq, biz bu şəhərlərə yeni həyat verəcəyik. O şəhərlər ki, indi yerlə-yeksan edilib. Orada, işğal edilmiş torpaqlarda demək olar ki, bütün binalar dağıdılıb. Beynəlxalq təşkilatlar, ATƏT-in faktaraşdırıcı missiyası bu haqda məruzə də hazırlayıb. Biz necə ki, Cocuq Mərcanlını bərpa etdik, necə ki, qısa müddət ərzində vaxtilə işğal altında olan başqa torpaqlardakı binaları, evləri, şəhərləri, kəndləri bərpa etdik, işğalda olan bütün torpaqlardakı şəhərləri, kəndləri bərpa edəcəyik. Bizdə belə iradə və güc var.

Açar sözlər:

Oxunub: 1476


Oxşar xəbərlər