Xankəndində yaşayan ermənilər nə düşünür? - SORĞU


17:12     05 Aprel 2019 2019/04/xankendi_1554470032.jpg

İşğal altında olan Xankəndinin küçələrində 2016-cı ilin aprel döyüşləri və yeni müharibə ehtimalına necə münasibət göstərdiklərinə dair sorğu keçirilib.



Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sorğuda iştirak edən ermənilər yeni müharibə istəmədiklərini bildiriblər.

Uşaqlardan biri atasının müharibədə iştirak etdiyini xatırlayaraq qeyd edib ki, vəziyyət gərgin idi, hər an pis xəbərlər eşidirdilər

“Çox gənclər öldü, çox ailə ağlar qaldı. Lakin müharibə hələ bitməyib və daha geniş müharibə olacaq”, - deyə o qeyd edib.

“Pis-pis şeylər xatırlayırıq, Allah eləsin sülh olsun və bundan sonra belə şeylər təkrarlanmasın”, - deyə sorğuda iştirak edənlərdən biri deyib.


Açar sözlər: #Qarabağ   #Erməni   #sorğu   #Video  

Oxunub: 1917