Əfqanıstanda "Taliban" hücumu - 5 ölü


18:34     05 Aprel 2019 2019/04/1554463100_1554470695.jpg

"Taliban" üzvlərinin Əfqanıstanın şimalındakı Sari Pul vilayətinə hücum etməsi nəticəsində 5 təhlükəsizlik işçisinin həyatını itirdiyi bildirilib.

Bu barədə Sari Puli bölgə rəhbərliyi mətbuat katibi Zabihullah Amani açıqlama verib. O, terrorçuların hərbi məntəqəyə hücum etdiyini bildirib.

Amani 3 təhlükəsizlik işçisinin yaralandığını, 6 təhlükəsizlik işçisinin də təşkilat üzvləri tərəfindən əsir götürüldüyünü deyib.

Mətbuat katibi hücumdan sonrakı qarşıdurmada 6 terrorçunun öldürüldüyünü qeyd edib. "Taliban"dan verilən açıqlamada isə hücumda 12 əsgərin öldüyü iddia edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 348