Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir


17:57     05 Aprel 2019 trend_necmeddin_sadiqov_9.jpg

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 476