DİQQƏT! Bu ərazidə hərəkət qısa müddətlik məhdudlaşdırılır - XƏRİTƏ


10:14     06 Aprel 2019 yol%20polisi%20masin99.jpg

Aparılan təmir işləri ilə əlaqədar olaraq 6 aprel tarixindən 7 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 7 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.



Femida.az

Açar sözlər: #Hərəkət   #Yol   #Məhdud   #AAYDA   #Sürücü   #Alternativ   #Bağlanır  

Oxunub: 655