Paşinyan qırmızı xətti keçir


15:35     06 Aprel 2019 19_04_06_1554539796.jpg


Ermənistan hökumətinin növbəti iclasında Nikol Paşinyan saxta xəbər və informasiya ilə manipulyasiyalar probelminə toxunaraq milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyana bu məsələ ilə məşgul olmağa tapşırıq verib.


Femida.az ordu.az-a istinadən xəbər verir ki, Paşinyan ictimai rəyin manipulyasiya edilməsinə milyonlar sərf edən dairələrin olduğunu deməklə, milli təhlükəsizlik xidmətinin direktoruna bildirib ki, aralarında aparılan söhbət nəticəsində onun rəhbərlik etdiyi qurumun bu məsələdə konkret nəticələr əldə edəcəyinə əmindir.

O, sosial şəbəkələrdə inqilab bayraqları ilə çıxış edən və zorakılığa çağırış edən saxta profillər olduğunu bildirib. Paşinyan qeyd edib ki, qanunvericilik söz və ifadə azadlığını məhdudlaşdırmadan belə bir tədbir görülməsinə imkan verir. O, bunu keçilməməli olan qırmızı xətt hesab etdiyini vurğulayıb.

Nikol Paşinyanın bu bəyanatı sosial şəbəkələrdə geniş əks sədaya səbəb olub. Sosial şəbəkələrdə əksəriyyət onun milli təhlükəsizlik xidməti rəisinə verdiyi tapşırığı, belə bir qurumun bu kimi işlərə cəlb edilməsini utancverici, yolverilməz olaraq düşünürlər. Saxta profillər vasitəsilə sosial şəbəkələrdə geniş təbliğat işlərinə milyonlar sərf edilməsinin bütün dunyada mövcud olduğu, bunun həll yolunun hələ də tapılmadığı qeyd edilir. Hətta bunun həllinin inkişaf etmiş demokratik ölkələrdə belə tapılmadığı vurğulanır.

Məlumata görə, Rusiyada bu məsələnin həlli məqsədilə son zamanlar gizli qanunlar toplusu qəbul edilib. Saxta məlumat yayılması təcrübəsinin Ermənistanda da geniş yayıldığı qəbul edilir.

Qeyd olunur ki, əgər milli təhlükəsizlik xidməti saxta profillərə qarşı mübarizə adı ilə sosial şəbəkələrə müdaxilə etməyə başlayarsa, bu yaxşı nəticə verməyəcək. Bu məsələdə könüllü fəaliyyət də geniş yayıldığına görə MTX işə qarışarsa “yaşla qurunu” qarışdıra bilər. Bu müdaxilənin söz azadlığına mane olmaması ilə bağlı Paşinyan bəyanat versə də, aydın məsələdir ki, MTX-nin bu sahəyə cəlb edilməsi bir mənalı şəkildə söz və ifadə azadlığına müdaxilə olacaq. Belə olan halda MTX müdaxilə etdiyi məqamdan etibarən informasiya mənbələri və sosial şəbəkələr araşdırma obyektlərinə çevriləcəklər.

Bu addımı atmaqla qırmızı xəttin keçilməməsi barədə Paşinyan öz çıxışında qeyd etdiyi qırmızı xətti MTX-yə verdiyi göstərişlə keçib. Hazırda Ermənistanda ümid edilir ki, ciddi ictimai müqavimətə rast gələrək, hakimiyyət güc strukturlarını sosial şəbəkələrə və informasiya azadlığına müdaxilə edilməsi niyyətindən geri çəkəcək.

Femida.az

Açar sözlər: #Paşinyan  

Oxunub: 486