Ali Məhkəmə müğənni Nazəninlə bağlı qərar verdi


12:51     06 Aprel 2019 2019/04/nazenin_1554540847.jpg

Ali Məhkəmədə müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumralla bağlı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az ölkə.az-a istinadən bildirir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və N.Salayevanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ilk olaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməli idi. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan N.Salayeva apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə onun şikayətini təmin etməyib. Daha sonra N.Salayeva kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS kanalının "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə, öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 559