Lənkəranda kişi meyiti tapıldı - Bir ay əvvəl öldürülüb


16:09     06 Aprel 2019 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg


Lənkəranda rayon Polis Şöbəsinin əməkdaşları keçən ay törədilən qətlin üstünü açıblar.


Meyit rayonun Digah kəndində tapılıb.

Qətldə şübhəli bilinən Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər Quliyev saxlanılıb. Məlum olub ki, o, həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Bağırovu şəxsi münaqişə zəminində belindəki kəmərlə boğaraq öldürüb və meyidi kənddə yarımçıq tikilidə gizlədib.

Meyit aşkarlandığı yerdən götürülərək müayinə edilməsi üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Müayinədən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, hazırda araşdırma aparılır. / ONA

Femida.az

Açar sözlər: #Lənkəran  

Oxunub: 452