Kəşmirdə 3 ayda 162 nəfər ölüb


14:19     06 Aprel 2019 kesmir%20muhasire.jpg

Hindistanın Cammu Kəşmir bölgəsindəki müxtəlif zorakılıq hadisələri səbəbiylə bu ilin ilk üç ayında azı 162 nəfərin öldüyü bildirilib.

Bu barədə Cammu Kəşmir Vətəndaş Cəmiyyəti Koalisiyası tərəfindən hazırlanan hesabatda qeyd olunub.

Hesabata görə, bu ilin ilk üç ayında regionda baş verən müxtəlif zorakılıq hadisələrində 83 Hindistan təhlükəsizlik qüvvəsi əməkdaşı, 58 partizan və 21 mülki vətəndaş ölüb. Xatırladaq ki, fevralın 14-də Cammu və Kəşmir vilayətinin Hindistanın nəzarət etdiyi hissəsində baş verən hücumda 45 hindistanlı hərbçi ölüb.

Bu hadisədən sonra Hinidistan Pakistanı ittiham edib və iki ölkə arasında gərginlik başlayıb. Fevralın sonunda Pakistan HHQ Hindistana HHQ-nə məxsus iki təyyarəni vurub.


Femida.az

Açar sözlər:

Oxunub: 381