Elinanın intiharı ilə bağlı cinayət işi başladı - Məktəb direktoru ifadə verir


13:12     06 Aprel 2019 2019/04/56877162_2853740121319317_7031422210187198464_n_1554542191.jpg

Bakıda şagirdin intiharına görə cinayət işi başlanılıb.


Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 162 saylı məktəbin 8ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və bu gün xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin necə baş verməsi və intihardan öncə şagirdin davranışları, sinif yoldaşlarının, məktəb rəhbərliyinin ona qarşı münasibəti ilə bağlı məktəbin direktoru Sevinc Abbasova hazırda prokurorluqda ifadə verir.


E.Hacıyevanın meyiti isə ekspertiza olunması üçün morqa göndərilib.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 1503