Ağcabədidə evdən 20 minlik qızıl oğurlanıb


13:52     06 Aprel 2019 qizil1.jpg

Ağcabədidə evdən külli miqdarda pul və qızıl əşyalar oğurlanıb.
DİN-nin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki evlərin birindən 600 ABŞ dolları və 135 manat, habelə 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Talıbov saxlanılıb, 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 306