Məktəbdən ölən şagirdlə bağlı açıqlama


15:30     06 Aprel 2019 2019/04/55E7457A-4BE8-4619-9B7D-4632937510BE_1554550396.jpeg

Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.

162 nömrəli tam orta məktəbdən Femida.az-a verilən məlumata əsasən, məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirib, dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 453